MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Qərbi Azərbaycan İcması Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in illik İnsan Ölçüsü Konfransı çərçivəsində “Evə qayıdış: Qaçqınların qayıdış hüququnun təmin edilməsi” mövzusunda tədbir keçirib

10:45 12.10.2023



 
Qərbi Azərbaycan İcması Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in illik İnsan Ölçüsü Konfransı çərçivəsində “Evə qayıdış: Qaçqınların qayıdış hüququnun təmin edilməsi” mövzusunda tədbir keçirib.
 
ATƏT-in iştirakçı dövlətlərinin, beynəlxalq təşkilatların və insan hüquqları sahəsində ixtisaslaşmış QHT-lər və mütəxəssislərin iştirakı ilə keçirilmiş tədbirdə təhlükəsiz və ləyaqətli qayıdışın insan hüquqlarının aliliyinin təmin edilməsi və dünyada köçkün probleminin davamlı həlli yolu kimi təşviq edilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb. 
 
Tədbirdə moderatorluq edən, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü Pərvanə Vəliyeva ailəsinin Vedibasardan qovulması tarixçəsini bölüşdü.
 
Tədbirdə mən də çıxış edrk Qərbi Azərbaycan İcmasının fəaliyyətinin məqsədləri, Qayıdış Konsepsiyası və Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə qayıdışı  istiqamətində indiyədək həyata keçirilmiş tədbirlər barədə məlumat verdim. Regionda davamlı sülh üçün münasib şərait yetişdiyini qeyd edərək, sülh gündəliyini seçməsi və qovulmuş azərbaycanlıların qayıdışına şərait yaratması üçün Ermənistana çağırış etdim.
 
Tədbirin panelisti, Bosniya-Herseqovinada fəaliyyət göstərən “Dostluq körpüləri” qeyri-hökumət təşkilatının nümayəndəsi Erna Yaşareviç özünün qaçqınlıq hekayəsini anladaraq, müharibə və etnik təmizləmənin mülkilərə mənfi təsiri barədə məlumat verdi.